Uşaqlara göstərməyə dəyər 7 sadə təcrübə

Uşaqlara göstərməyə dəyər 7 sadə təcrübə

Uşaqların bütün ömürləri boyu yadlarında qalacaq çox sadə təcrübələr var. Ola bilsin, uşaqlar təcrübəni-gördüklərinin niyə baş verdiyini o an tam dərk etməsinlər, amma vaxt ötəndən sonra fizika və ya kimya dərsində yeri gələndə gördüklərini xatırlayacaqlar.
AdMe.ru uşaqların yaddaşına həkk olacaq 7 maraqlı təcrübəni topladı. Bu təcrübələr üçün lazım olan hər şey sizin əlinizin altındadır.

Təcrübələr mütləq şəkildə valideynlərin iştirakı ilə təhlükəsiz qaydada həyata keçirilməlidir.

 

Alovadavamlı şar

© youtube

Ləvazimatlar: 2 şar, şam, kibrit, su.

Təcrübə: Şarın alovdan partladığını göstərmək üçün onu üfürün və yanan şamın üstünə tutun. Sonra 2-ci şara krandan su doldurub ağzını bağlayıb yenə şamın üstünə tutun. Görəcəksiniz ki, su dolu şar rahatlıqla şamın alovuna davam gətirir.

İzahı: Şarın içindəki su şamın alovunun verdiyi istiliyi udur. Ona görə şarın özü yanmır və partlamır.

 

Karandaşlar

© youtube.com

Ləvazimatlar: polietilen paket (klyok), sadə karandaşlar, su.

Təcrübə: Polietilen paketi yarıyacan su ilə doldurun. Su ilə dolu hissədən paketi karandaşla deşin. Su deşiklərdən ,demək olar ki, tökülməyəcək.

İzahı: Əgər polietilen paketi deşib sonra ona su töksə idik, su deşikdən töküləcəkdi. Birinci paketi yarıyacan su ilə doldurub sonra onu iti cisimlə elə deşəndə ki, həmin cisim paketə sancılmış qalsın, onda su həmin deşikdən ,demək olar ki, axmayacaq. Bu onunla bağlıdır ki, polietileni deşəndə onun molekulları bir-birinə yaxınlaşır. Baxdığımız halda polietilen uzanıb karandaşların ətrafını tutur və suyu axmağa qoymur.

  

Partlamayan şar

© science-sparks

Ləvazimatlar: şar, taxta mil və qab yumaq üçün yuyucu vasitə.

Təcrübə: Şarın yuxarısı və aşağısına yuyucu vasitə sürtün və onu  millə aşağısından başlayaraq mil yuxarıdan çıxacaq şəkildə deşin . Şar partlamayacaq.

İzahı: Bunun sirri çox sadədir. Şar partlamasın deyə onu ən az səthi gərilmə olan nöqtələrdən deşmək lazımdır və bu nöqtələr şarın yuxarı və aşağı hissələrində yerləşirlər.

 

Rəngli kələm

© pagingfunmums

Ləvazimatlar: su dolu 4 stəkan, qida boyaları, kələm yarpaqları və ya ağ güllər.

Təcrübə: Hər stəkana istənilən rəng qida boyası əlavə edib hər birinə bir kələm yarpağı və ya gül qoyun. Onları 1 gecə belə saxlayın. Səhər görəcəksiniz ki, onlar müxtəlif rənglərə boyanıblar.

İzahı: Bitkilər suyu canlarına çəkirlər və bu yolla qidalanırlar. Bu kapilyar effekt hesabına baş verir, yəni su bitki daxilindəki nazik kanallar boyu yuxarı qalxır. Güllər, otlar və böyük ağaclar bu yolla qidalanırlar. Təcrübədə bitkilər rəngli suyu hopdurduqları üçün özləri də rənglərini dəyişirlər.

 

Üzən yumurta

© greensborosciencecenter

Ləvazimatlar: 2 yumurta, su dolu 2 stəkan, duz.

Təcrübə: Yumurtanı ehtiyatla adi təmiz su olan stəkana yerləşdirin. Gözlənildiyi kimi o, stəkanın dibinə çökəcək (əgər çökməsə, ola bilsin ki, həmin yumurta fal yumurtadır və təcrübədən sonra onu qaytarıb soyuducuya qoymamağımız məsləhətdir). İkinci stəkana ilıq su və 4-5 xörək qaşığı duz tökün. Hər iki stəkandakı temperaturun eyni olması üçün ilıq suyun soyumasını gözləyə bilərsiniz (İlıq sudan duz ilıq suda daha yaxşı həll olduğu üçün istifadə edirik). Sonra ikinci stəkana da yumurta yerləşdirin. Yumurta suyun daxilində-səthə yaxın hissədə üzəcək.

İzahı: Burada məsələ sıxlıqdadır. Yumurtanın orta sıxlığı adi suyun sıxlığından çoxdur, ona görə adi su olan stəkandakı yumurta batır. Amma duzlu suyun sıxlığı daha çoxdur və bu səbəbə yumurta yuxarı qalxır.

 

Şəkər kristalları

© trusper

Ləvazimatlar: 2 stəkan su, 5 stəkan şəkər tozu, taxta çubuqlar, qalın kağız, şəffaf stəkanlar, qazan, qida boyaları, bankalar, paltar şpilkaları.

Təcrübə: Stəkanın 1/4- nə 2 xörək qaşığı şəkər tozu əlavə edərək şəkər siropu qaynadın. Kağıza bir az şəkər tozu səpin. Taxta çubuqları bir-bir siropa batırıb sonra onunla kağızın üstündəki şəkər dənəciklərini toplayın.  Ardınca şəkər dənəciklərini çubuq boyu bərabər paylaşdırın.

Çubuqları 1 gecə qurumağa qoyun. Səhər qazın üstündə 2 stəkan suda 5 stəkan şəkər tozu həll edin. Qoyun, sirop 15 dəq soyusun. Amma siropu həddən artıq soyumağa qoymaq olmaz, yoxsa şəkərdən kristallar böyüməyəcək. Sonra siropu bankalara boşaldıb hər bankaya istədiyiniz rəng qida boyası əlavə edin. Əvvəlcədən hazırlanmış çubuqları sirop dolu bankaya elə salın ki, çubuqlar nə bankanın divarına, nə dibinə toxunsun. Bunun üçün paltar şpilkası sizə kömək edə bilər.

Sonrasında ancaq gözləmək. prosesi müşahidə etmək və sonda alınan şirniləri yemək qalır.

İzahı: Su soyuduqca şəkərin suda həllolma qabiliyyəti azalır və şəkər su-şəkər məhlulundan(qarışığından) çökməyə başlayır. Nəticədə, bankanın divarlarında və içəri yerləşdirdiyiniz çubuqlarda şəkər kristalları yaranır.

 

Yanan kibrit

© imgur

Ləvazimatlar: kibrit, fonar.

Təcrübə: Kibriti yandırıb onu divarda 10-15 sm məsafədə saxlayın və kibritə fonardan işıq salın. Divarda ancaq əliniz və kibrit çubuğunun kölgəsini görəcəksiniz. Belə baxanda, belə olacağı aşkardır. Amma mən heç vaxt bu barədə düşünməmişdim .

İzahı: Alov divara kölgə salmır, çünki işiğın özündən keçməsinə mane olur.

 

Mənbə: https://www.adme.ru/zhizn-nauka/5-prostyh-opytov-kotorye-stoit-pokazat-detyam-897310/ © AdMe.ru

Leave a Reply

Your email address will not be published.