HAQQIMIZDA

Bulud ölkəmizdə gənclərin təhsilə həvəsləndirilməsi, onlara ixtisas seçimində, xarici dilllərin öyrənilməsində, yeni biliklərin qazanılmasında, sosial həyatlarının daha maraqlı və dəyərli keçirilməsində məsləhət xarakterli köməkliyin göstərilməsi məqsədi ilə yaradılmış bir vebsaytdır. Vebsaytda şagirdlərin, tələbələrin, xaricdə təhsil almış gənclərin və eləcə də həyatında uğur qazanmış digər insanların təcrübələri Sizinlə bölüşüləcək.

Buludun yazarları İngiltərədə, Fransada və digər ölkələrin qabaqcıl təhsil ocaqlarında təhsil almış gənclərdən ibarətdir. Bulud yalnız məqalələrin paylaşması üçün yox həm də şagirdlərin və tələbələrin uğur qazanmış gənclər və peşəkarlarla əlaqə saxlaması üçün əhəmiyyətlidir.