İnqilab Şahbazovun hekayəsi

İnqilab Şahbazovun hekayəsi

Mənim uğur hekayəm

Mən İnqilab Şahbazov 1993-cü ildə anadan olmuşam. 2010-cu ildə Qafqaz Özəl Türk Liseyini bitirib İngiltərəyə ali təhsil almaq üçün getmişəm. Qısa müddət ərzində getdiyim hazırlıqlar və dərsə köklənməyim nəhayətdə bəhrəsini verdi – qiymətlərim yüksək oldu.

Universitetdə əsas problem İngiltərəyə adaptasiya idi ki, tədricən bu problemin öhdəsindən də gəldim. Universitetdə tanıdığım insanlar və mehriban müəllim heyəti sayəsində yeni mühitə tam öyrəşə bildim. Belə çətinliklərin öhdəsindən gəlmək mənə bir şeyi öyrətdi – hədəfə çatmaq üçün bütün çətinliklərə dözmək və onlara həlli yolları axtarmaq lazımdır, yarı yoldan geri qayıtmaq olmaz.

Düşünürəm ki, həmin zəhmətin hesabına müəyyən nailiyyətlər əldə etmişəm. Artıq Azərbaycanda iki universitetdə tədrisə daxil edilən sosiologiya fənni üzrə kitabın, habelə, bir neçə konsaltinq xarakterli layihələrdə hazırlanan məqalələrin müəllifiyəm. Azərbaycan Elm Assosiasiyasının həmsədri və həmtəsisçisiyəm, eləcə də, 70,000-dən çox izləyicisi olan Elm Dünyası səhifəsinin iki təsisçisindən biriyəm.

Vaxtımı həm özüm üçün (idman, futbol, müxtəlif sosial siyasi iqtisadi səpkili kitablar oxumaqla), həm də cəmiyyətimiz üçün faydalı ola biləcək (Elm Dünyası səhifəsində məlumatlar paylaşmaq, sosial layihələr təşkil etmək və s.) fəaliyyətlərə sərf edirəm.

Avropanın 10-a yaxın, Yaxın Şərqdə isə 3 ölkədə olmuşam.

Bakalavr təhsilinin bitməsi ilə əlaqədar məzuniyyət tədbiri (Şeffild Universiteti)

Kriminologiya elminin ulduzlarından ikisi

Aviasiya sahəsinə də böyük marağım var

Ən sevdiyim idman: Futbol

Kitabım: Sosioloji Nəzəriyyələr

Azvision xəbər agentliyinə müsahibədən

Leave a Reply

Your email address will not be published.