İqtisadi sertifikatlar

İqtisadi sertifikatlar

 İxtisaslaşma səhifəsinə qayıtmaq üçün basın. 

Əziz tələbələr! Bildiyiniz kimi iqtisadiyyat çox geniş məfhumdur və iqtisadiyyat sahəsinə aid sertifikatlar və diplomalar ixtisaslaşmadan asılıdır. Bu səbəbdən iqtisadiyyata aid diplomlar ixtisaslaşma sahələrinə uyğun olaraq aşağıdakı kimi qruplaşdırılıb.

MühasibatlıqMaliyyəMenecmentRisklərin idarə olunması
ACCA – 14 imtahan –internet səhifəsinə keçid

Diploma in İFRS (DipİFR) – 1 imtahan – internet səhifəsinə keçid 

CFA (Certified Financial Analyst) -3 imtahan – internet səhifəsinə keçid
CİMA – 16 imtahan – internet səhifəsinə keçid
FRM – 2 imtahan – internet səhifəsinə keçid

Əziz tələbə, imtahanların ödənişli və çox olması qətiyyən gözünü qorxutmasın. Beləki adətən imtahanları işləyən şəxslər bir neçə il ərzində verib bitirirlər. Bəzi müəssisələr öz işçilərinin bu imtahanları verməsi xərclərini öz üzərinə götürür. Ancaq Siz tələbə olaraq işə başlamadan və ya iş həyatınızın ilk illərində qeyd olunan imtahanların bir neçəsini versəniz və ya sadəcə imtahana aid kitabları oxusanız bu Sizin gələcək karyeranıza çox müsbət təsir edəcək.

Sizlər tələbəlik illərində bu sertifikatlar barədə məlumat toplamaqla bir çox aşağıda qeyd edilmiş üstünlükləri əldə edə bilərsiniz. Məsləhət görürük aşağıdakı addımları ardıcıl edəsiniz.

  • İxtisaslaşma sertifikatlarlarının hamısının “ümumi məlumat” hissəsini oxuyun – əldə edəcəyiniz üstünlük: iqtisadiyyatın hansı ixtisaslaşma sahələrinə ayrıldığını öyrənəcək, sertifikatların fərqini biləcəksiniz.
  • İxtisaslaşma sertifikatlarından hansının daha çox Sizdə maraq oyatdığını təyin edib həmin sertifikat haqqında verilmiş bütün məlumatı oxuyun – əldə edəcəyiniz üstünlük: serifikat haqqında geniş məlumatı oxumaqla Siz oxuduğunuz sertifikatın neçə imtahandan ibarət olduğunu və s. məlumatları öyrənəcəksiniz.
  • Maraq göstərdiyiniz sertifikatın qeyd edilmiş saytına daxil olun və xüsusi ilə sertifikata gedən yolda birinci imtahan (və ya imtahanlar) haqqında məlumat toplayın – əldə edəcəyiniz üstünlük: sertikata gedən yolun artıq ilk pilləsinə addım atmış olacaqsınız.
  • Azərbaycanda həmin sertifikatı tədris edən istənilən kursa zəng etməklə həmin imtahan və eləcə də imtahana hazırlaşmaq üçün vəsaitlər haqqında məlumat ala bilərsiniz. İqtisadiyyat sahəsi üzrə Azərbaycanda tədris olunan ən məşhur kurslar GRBS, BarratsonHeadstartdır.
  • İlk imtahan barədə məlumat topladıqdan sonra həmin imtahanın kitablarını kitabxanada və yaxud fərqli kurslarda bəzən pulsuz əldə edə bilərsiniz.
  • İlk imtahana hazırlıq planını qurun və başlayın. Qorxmayın əgər bu imtahanı digərləri keçiblərsə, bütün yolu başa vuranlar varsa o zaman Sizdə bunu bacaracaqsınız. Hətta əgər imtahan pulunu verə bilmirsinizsə sadəcə kitabları götürüb hazırlaşın. Əsas olan Sizin əldə etdiyiniz bilikdir və işəgötürən Sizi test və interview etdiyi zaman bunu dərhal görəcək.

Hər imtahan barədə ətraflı məlumatı aşağıda görə bilərsiniz.

Əlavə olaraq qeyd edək ki, tam peşəkar olmaq bir neçə imtahan verməyi tələb edir. Məsələn, ACCA 14 imtahanın hamısından keçməyi tələb edir. Ancaq bu 14 imtahandan  hər biri ayrı-ayrılıqda Sizə gələcək karyeranızda böyük köməklik edəcək və hər imtahanı keçdiyinizə görə sertifikat əldə edəcəksiniz. Bütün imtahanları keçmək tələbələrdən yox peşəkarlardan tələb olunur.

Müqayisə edə bilməyiniz üçün deyək ki, hal-hazırda tələbələr ən çox ACCA, DipİFR və CFA imtahanlarına maraq göstərirlər. Tələbələrin bir çoxu adətən ACCA Fundamental modulların bir çoxunu, DipİFR imtahını və CFA imtahın birincisinindən keçiblər. İş bazarında rəqabətə davamlı olmaq üçün peşəkar olmaq tələb olunur ki, bu imtahanlara hazırlıq həm praktik həm teoretik biliklərlə hazırlaşanları təchiz edir.

ACCA

Sertifikat barәdә ümumi mәlumat
İmtahanların sayı və izahlar
İmtahanların qiymәti

CİMA

Sertifikat barәdә ümumi mәlumat
İmtahanlar

 İxtisaslaşma səhifəsinə qayıtmaq üçün basın. 

Leave a Reply

Your email address will not be published.