Qadınlar üçün idman resursları

Qadınlar üçün idman resursları

S12650895_1070483336329759_8376284298550864398_nöz verdiyim kimi bugün haqqında yazacağım  mövzu idman və qida üzrə tanıdığım ən yaxşı və məsləhətlərindən faydasını gördüyüm mütəxəssislər barədədir! Bəhs edəcəyim resurslardan özüm də faydalanmışam-belə ki adını qeyd edəcəyim mütəxəssislər yemək tərzimi dəyişməkdə və idmanı həyat tərzimə çevirməkdə çox kömək oldu. İstərdim ki, sağlamlığına düşkün olan dostlarım da bu resurslardan faydalansın. Elə isə onları sizinlə paylaşıram.

Fitness Blender– Bu resursu birinci yerdə qeyd etdim, çünki Fitnessblenderin yaradıcıları- Daniel və Kelli mənim belə desək onlayn trainer-lərimdir 🙂 Mən onların saytda yüklədikləri pulsuz idman videoları  və qida ilə bağlı məsləhətləri sayəsində həyat tərzimi dəyişmişəm. Bu resursla bağlı ən bəyəndiyim şey onların müəyyən dəqiqə ərzində bütün idman növlərinin qarışığından (kardio, ağırlıq qaldırma, yoga, pilates və s.) ibarət bir rutin hazırlamalarıdır. Məhz buna görə də Fitnessblender (blend- ingiliscədən qarışdırmaq deməkdir) adlanırlar. Bu ona görə yaxşıdır ki, həm idman zamanı eyni hərəkətləri edib bezmirsən, həm də bədənin bütün hissələrini hərəkət etdirirsən. Onların münasib qiymətə idman və yemək proqramları da mövcuddur ki, onlayn pdf şəklində əldə edə bilərsiniz. Mən almışam, çox məsləhətlidir. Yemək proqramında sağlam yeməklə bağlı bütün məlumatlar, eləcə də həftəlik sağlam yemək proqramları özünü əks etdirir. Bu dieta proqramı deyil! Sadəcə sizi sağlam həyat tərziniə keçməyiniz üçün faydalı olacaq 4 həftəlik yemək proqramıdır.

Blogilates– Blogilates-in yaradıcısı Cassey Ho gördüyüm ən pozitiv və şən fitness coach-dur. Pilates sevənlər üçün bir nömrəli vebsaytdır deyərdim. Saytda qeydiyyatdan keçməklə siz aylıq Pilates proqramını pulsuz əldə edə, eləcə də sağlam yemək reseptləri, məsləhətlərdən faydalana bilərsiniz.

Emily Skye –  Üçüncü bəyəndiyim fitness coach Avstraliyalı Emily Skye-dır. Onun təqdim etdiyi idman proqramları ödənişi bir qədər baha olsa da, yaratdığı saytda və bloqda pulsuz videolar, reseptlər və faydalı məsləhətlərlə tanış ola bilərsiniz.

Melissa Bender – BenderFitness-in yaradicisi Melissa Bender adını çəkdiyim trainer-lərdən heç də geridə qalmır. Onun elədiyi idman hərəkətləri lap ağırdır, əvvəlcədən deyim 😀 Əgər bacarırsınıza edin və çox gözəl nəticələr əldə edə bilərsiniz.

Rebecca Louise– Bu qadın da qida və idman üzrə gördüyüm ən pozitiv mütəxəssislərdən biridir. Bloqunda yazdığı məqalələr, video çarxlarda verdiyi məsləhətlər adamı lap sağlam qidalanmağa və idman eləməyə həvəsləndirir. Odur ki, onu da sizə kimi məsləhət görürəm.

Kayla İtsiness– Ameriaklı Kayla bəlkə də deyərdim görünüşcə ən gözəl fitness coachlardan biridir 🙂  Onun videolarından istifadə etmirəm, amma verdiyi məsləhətlər, sağlam yemək reseptləri və bloq yazıları faydalıdır. Saytına bir göz atmaqda fayda var. Saytda Kayla-nın təşkil etdiyi proqramlar vasitəsilə bədənin transformasiyasına malik olan insanların before-after şəkilləri də var.

Kelsey Lee-Fitnes və həyat tərzi üzrə mütəxəssis Kelsinin videolarından maksimum istifadə edərək idmanla məşğul oal bilərsiniz. O təkcə idman hərəkətlərini necə etməyi öyrətmir, həm də ağır və çətin hərəkətlər zamanı sənin həmin hərəkətlərini edə bilməyin üçün maksimum motivasiya verir. Trainer üçün motivasiya verə bilmək qabiliyyətinin olması çox önəmlidir. Haqqında yazdığım bütün trainer-lər həmin qabiliyyətə malikdir.

Bu adını çəkdiyim trainerlər faydasını gördüklərimdir. Bu cür idmanları elədikdə həqiqətən də tədricən bədən formasında dəyişikliklərin baş verdiyini,infeksion xəstəliklərin azaldığını, maddələr mübadiləsinin qaydasına düşdüyünü hiss etdim.Ən sonda onu demək istəyirəm ki, idman etmək üçün idman zalına getməyə həmişə ehtiyac yoxdur. Ev şəraitində də idmanı həyat tərzimizə çevirə bilərik 🙂 Və bir də onu yadda saxlayın ki, idman insana yaşamaq həvəsi, motivasiya verir, səni daha nikbin edir və sən həyatdan daha çox zövq alırsan:) Sağlamlıq hər şeydən önəmlidir!

Həmişə sağlam qalın!

Məqalənin müəllimi: Afaq Aslanova – https://afaqaslanova.wordpress.com/2016/10/13/idmanla-məsgul-olmaq-ucun-ən-faydali-resurslar/

 

Leave a Reply

Your email address will not be published.