ŞAGİRD

Əziz şagird dostumuz!

Biz, xarici universitetlərdə təhsil almış gənclər, bu məktubu sənə yazır və sənin Azərbaycanın hansı ucqar bölgəsində yerləşənən məktəbdə oxuyub-oxumağından asılı olmayaraq bizim sənin təhsilində sənə yardımçı olmağa çalışdığımızı bilməni istəyirik.

Biz də sənin kimi bəzilərimiz ucqar kənd məktəblərində, bəzilərimiz şəhərlərdə, bəzilərimiz paytaxt məktəblərində oxumuşuq. Hər birimizin məktəbimiz, müəllimlərimiz, dostlarımız haqqında fərqli xatirələri var. Ancaq bu məktubu sənə yazan zaman biz xatirələrimizi və fikirlərimizi ümumiləşdirməyə çalışdıq.

Məktəb illəri insanın gələcək həyatında xoşbəxt olması üçün nə isə edə biləcəyi ilk və ən mühim vaxtdır. Bu illərdə biz gələcəyimiz üçün çalışmağı, zəhmət çəkməyi, məqsədə doğru  irəliləməyi öyrənirik. Məktəb illəri bizə zəhmətlə yanaşı dünya görüşümüzü, gələcəkdə universitetdə daha sonra gələcək işimizdə istifadə edəcəyimiz biliklərin əsasını qoyur.

Məktəb illərində bunu anlamaq və dərslərimizi yaxşı oxumaq çox mühümdür. Əlbətdə ki, heç birimiz gələcəyimizi görə bilmirik, ancaq bu məktubu sənin gələcəyindən olan bir məktub kimi başa düşməyini istəyirik. Biz də sənin kimi şagird olmuşuq, bizim də çətinliklərimiz olub, ancaq zəhmət çəkmək, gələcəkdə daha əziyyət çəkməmək, xoşbəxt olmaq üçün təhsil yolunu tutmuşuq. Biz məktəbdə yaxşı oxuyub, universitetə qəbul olub, artıq yaxşı işlərdə işləyib arzularımızda olan həyatı qururuq. Hətta aramızda olan dostumuzun birinin dediyi kimi “məktəb illərində olan arzumda indi yaşayıram”. Arzularınızı daim parlaq edib məktəbdə yaxşı oxuyun, əlbətdə ki, bu zaman arzularınız gerçək olacaq.

Lalə Məmmədovanın “Məktəb illəri” mahnısında dediyi kimi ömrün ən şirin, duyğulu, qayğısız, sehirli illəridir məktəb illər. Məktəb illəri hər birimizin fərqli maraqları olur. Bəzilərimiz musiqi ilə, bəzilərimiz Misir piramidalarının sirləri ilə, bəzilərimizi heyvanlar aləminin gözəllikləri və daha nələrlə maraqlanmışıq. Məktəb illəri bizim maraq dairəmizin ən geniş olduğu və həyatımızda uğura gedən ilk yollardan biri olan ali təhsil yolunda zəhmət çəkdiyimiz illərdir.

Bulud məktəb illərinizin maraqlı və dəyərli keçirə bilməyiniz üçün necə kömək edə bilər:

  • Hər günüzün maraqlı və dəyərli keçirilməsi üçün məsləhətlər verməklə;
  • Maraq dairənizə aid məlumat və resurslar paylaşmaqla;
  • Həmyaşıdlarınızın maraqları ilə tanış olub, günlərini necə maraqlı keçirdiyini öyrənməklə və s.

Bulud təhsilinizdə necə kömək edə bilər:

  • Sizi fərqli universitet və ixtisaslarla tanış etməklə;
  • İnternetdən təhsiliniz üçün necə istifadə edəcəyinizi öyrətməklə;
  • Faydalı elmi resurslarla təmin etməklə və s.