TƏLƏBƏ

Əziz tələbə dostumuz!

Biz, xarici universitetlərdə təhsil almış gənclər, bu məktubu sənə yazır və bu saytda sənin tələbəlik illərindən maksimum yararlanmağın, sosial həyatını, dünya görüşünü rəngarəng etməyin, arzularında olan işi tapmağın üçün məqalələr yerləşdirəcəyimizi qeyd edirik.

Artıq universitetlərə qəbul imtahanlarından gördünüz ki, həyatda çəkilən zəhmət hədər getmir. Ancaq universitetə qəbul olmaq çəkdiyiniz zəhmətin artıq bitməsi yox onun davamıdır. Tələbəlik illərində siz gələcəkdə çalışmaq istədiyiniz ixtisası dəqiqləşdirməli, həmin ixtisaslarda çalışan insanlarla danışmalı, universitetdə həmin ixtisas üzrə peşəkar olmaq üçün dərslərinizi yaxşı oxumalı və əlavə materialları tapıb öyrənməlisiniz.

Bu saytda Sizə köməklik göstərəcək fərqli ixtisaslarda çalışan insanlarla müsahibələr, ixtisaslar barədə detallı məlumatlar və digər faydalı məqalələr yerləşdiriləcək.

Universitet bizim qarşımızda böyük imkanlar açır. Ancaq tələbəlik illərində yalnız dərslərimizi oxumaq kifayət deyil. Gələcəyimizi düşünmək, özümüzü, xoşbəxt olduğumuz sahəni tapmaq çox vacidir.

Bulud tələbəlik illərinizi dostlarınızla birlikdə maraqlı keçirməyiniz üçün necə kömək edə bilər:

  • Hər gününüzün maraqlı və dəyərli keçirilməsi üçün məsləhətlər verməklə;
  • Sağlam həyat tərzi üçün idman proqramları ilə tanış etməklə;
  • Maraq dairənizə aid məlumat və resurslarla təmin etməklə;
  • Həmyaşıdlılarınızın günlərini necə maraqlı keçirdiyini öyrənməklə və s.

Bulud təhsilinizdə necə kömək edə bilər:

  • İxtisas sahələri ilə ətraflı tanış etməklə;
  • Fərqli ixtisas sahələrində işləyən insanların gördükləri işlər haqqında məlumat verməklə;
  • Xarici univeristetlərə qəbul olmağın və təhsil təqaüd proqramlarını axtarmağın yollarını göstərməklə;
  • İngilis dilini öyrənmək üçün praktik məsləhətlər verməklə və eləcə də tədris materiallarının pulsuz paylaşmaqla (İELTS, TOEFL və eləcədə başlanğıc səviyyələrdə)
  • İnternetin əlavə funksionallıqlarından istifadəs yollarını göstərməklə və s.