İngilis dilini necə öyrənməli

Məqalənin müəllifi: Fəridə İsmayılova

Ingilis dilini necə öyrənməli

Hal-hazırda ixtisasından və fəaliyyyət göstərdiyin sahədən asılı olmayaraq, ingilis dili səviyyən yaxşı olmalıdır ki, təhsilini başa çatdırandan sonra səni ilk növbədə işə götürsünlər və sonrakı iş həyatında irəli gedə biləsən.

Bəs sənə  ingilis dilini öyrənməyə mane olan nələrdir?

  • İngilis dilinə fənn kimi yanaşmaq;

Yəni icbari və ya könülsüz şəkildə (imtahan və ya qiymət almaq xətrinə) özünü oxumağa vadar edirsən. Belə yanaşma səni ingilis dilindən soyudur. Bu olmasın deyə ingilis dilini öyrənmək üçün şəxsi səbəb və üsullarını tapmalısan. Misal üçün,  ingilis dilimi yaxşılaşdırmaq istəyirəm, çünki sevdiyim serialın təzə sezonu və ya bəyəndiyim müəllifin yeni kitabı hələ ingiliscədən tərcümə olunanacan aylarca gözləməli olacam.

Bir anlığa təsəvvür elə ki, ingilis dilini səlis bilirsən. İmtahanlarda, işdə necə faydalı olacağını qoy bir kənara. Öz maraq və istəklərini nəzərə alaraq aşağıdakı sualları özünə ver:

Bu dili bilmək mənim həyatını necə asanlaşdırardı?

 İndi “do it yourself”  (“özün elə”) erasıdır. Məsələn, hər dəfə kompyuterin xarab olanda usta çağırmaq əvəzinə, xırda problemdirsə, internetdə həll yolunu taparaq bununla pul vermədən özün bacara və iqtisadi cəhətdən həyatını yaxşılaşdıra bilərsən.

Qarşımda hansı yeni informasiya mənbələri və imkanlar açardı?

Nümunə olaraq: youtube’dan baxıb gitara çalmağı öyrənərdim.

Yuxarıdakı suallara cavabların bu dili  öyrənmək üçün öz dilinlə dediyin səbəblərdir. Onlardan özünü həvəsləndirmək  və istədiyinə nail olmağa köklənməkçün istifadə edə bilərsən.

  • “İngilis dilində yaxşı danışa biləndə danışacam” düşünərək səhv etməkdən çəkinmək;
  • “Haçansa… “ingilis dilinin üstünə düşəcəm” və onu mükəmməl öyrənəcəm, indi vaxtım yoxdur” demək.

Yanaşmanı dəyişərək əvəzində:

  • İngilis dilini gündəlik həyatının bir hissəsinə çevirə bilsən, hazırlığa, kursa getməyi dayandırandan sonra nə ingilis dilini yadırğayarsan,nə də bildiklərini tez unudarsan.
  • Ondan hobbilərinlə məşğul olarkən bir vasitə kimi istifadə edə bilsən, onda bu dili öyrənmək sənə onu testlər, tapşırıqlar edərək, kitabdan oxuyaraq öyrənmək qədər darıxdırıcı gəlməz.
  • Xarici dostlar taparaq onlarla onlayn yazışsan və ya danışsan, xoş ünsiyyət və fikir mübadiləsi ilə eyni vaxtda həm ingilis dilini, həm də dünya görüşünü inkişaf etdirərsən.
Kitabsevərsənsə
Kinosevərsənsə
Oyunsevərsənsə
Musiqisevərsənsə
İncəsənətsevərsənsə
Digər vasitələr
İELTS və TOEFL imtahanları

TOEFL-dan necə daha çox xal yığmaq olar
IELTS imtahanına tək başına hansı kitablardan və resurslardan hazırlaşmalı

Digər xarici dillər necə öyrənməyə dair məqaləyə keçid üçün aşağıdakı linkə daxil olun.

Xarici dillərə necə hazırlaşmalı

Əlavə məqalələr:

Filmlərlə ingilis dilini necə öyrənək ?

İngilis dilində yeni sözləri necə öyrənək?

Ingilis dilində danışığı necə inkişaf etdirməli?