Xarici universitetlərə necə qəbul olmalı

Xarici universitetlərə qəbul ölkədən ölkəyə fərqlənir. Bu səbəbdən biz bu səhifəni ölkələr üzrə qruplaşdıracağıq. Bununla belə bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirik.

  • Almaniyada təhsil demək olar bütün universitetlərdə pulsuzdur. Bununla belə sizdən yaşayış və gündəlik yemək xərclərinizi qarşılaya viləcək qədər pul tələb olunur və sizə Almaniyaya vizanın verilməsi üçün tələb kimi qoyulur. Bu məbləğ təqribən bir ilə 12*720 Avrodur. Bundan başqa Almaniyada təhsil almaq üçün təqaüd tapmaq (DAAD) digər ölkələrə nisbətən daha asanddır.
  • İngiltərədə təhsil demək olar ki, pulludur.  Yaşayış və gündəlik xərclərdən başqa sizə təqribən hər il üçün 10000 funt sterlinq pul tələb oluna bilər.
  • Türkiyədə təhsil haqqı və yaşayış xərci digər Avropa ölkələrinə nisbət azdır. Bundan başqa bəzi Türkiyə universitetləri Azərbaycanda keçirilən TQDK imtahanı nəticələrini də tanıyır və onun əsasında da öz universitetlərinə qəbul aparır.
Almaniyada təhsil

Faydalı məqalələr:

Xarici dillərə necə hazırlaşmalı

Ödənişsiz təhsil almaq üçün resurslar