Mənim sualım, bizim cavabımız

Əziz dostlar! Bu səhifədə Siz şagird və tələbələri narahat edən suallarla və bizim tərəfimizdən və eləcə də müvafiq mütəxəssislər tərəfindən verilmiş cavablarla tanış olacaqsınız. Siz də öz növbənizdə Sizi narahat edən sualları “Əlaqə” səhifəmiz vasitəsi ilə bizə göndərə bilərsiniz və biz öz növbəmizdə suallarınızı cavablandırmağa şad olarıq.

 

Bütün suallar və cavablarÇətinliklər və motivasiya axtarışıHəyatda qeyri-müəyyənlikAilə həyatıValideyn və ailəSosial həyatımUniversitetlər və ixtisaslarKaryera, peşə və inkişafXaricdə təhsilƏyləncəRayonum və kəndim
Arzum professional rəqqas olmaqdır. Özü də hip hop üzrə. Amma evdəkilərə deməyə belə qorxuram. Əslində demişəm. Amma deyiblər ki, o nədi? Gedirsən, milli rəqsə get, onu da uni imatahanlarına hazırlıqlar başlayanacan. 2-ci qrupu istəmirəm. Bunu valideynlərimə necə başa sala bilərəm?
Təzəlikcə kənddən Bakıya köçmüşük. Məktəbimi dəyişmişəm. Amma sinfimdən heç xoşum gəlmir! Ləhçəmə gülürlər, dərs danışanda imkan vermirlər. Anama demək istəmirəm, deyəcək, gedirəm məktəbə, ya da sinif rəhbərinə zəng edəcəm. Neyniyim ki, ləhçəmi dəyişim?
Nə istədiyimi bilmirəm, heç nəyə həvəsim yoxdur. Kimə deyirəm, inanmır, deyir, ola bilməz, mütləq nəyəsə həvəsin olmalıdır. Bir işin qulpundan tut sözünü eşitməkdən bezmişəm. Hansı işin qulpundan tutmaq lazım olduğunu bilsəydim, nə var idi…
Dama yarışında birinci yer tutdum, başqa ölkədəki yarışda Azərbaycanı təmsil etməyə göndərmək istəyirlər. Amma valideynlərim qoymur. Məşqçim də atamla danışdı, nə qədər dedi, özüm aparıb, özüm gətirəcəm uşaqları, narahat olmayın, lap istəyirsiniz, siz də gəlin, amma yenə dedi, yox, olmaz. Qardaşım da damaya gedir. Onu keçən il yer tutanda qoymuşdular, elə bilirdim, məni də problemsiz qoyarlar. Getməsəm, yerimə başqasını göndərəcəklər. O qədər əziyyət çək,birinci yer tut, axırda başqasını göndərsinlər. Necə razı sala bilərəm ki, icazə versinlər?
Oğlum dərsdən gələn kimi oturur kompyuterin qabağına. İnanın, ekrandan qopmur, gününü belə keçirir. Deyirəm, get ondansa başqa faydalı bir iş gör, dərsini oxu, lap çıx dostlarınla gəz. Nə tapmısan bu kompyuterdə? Qulaq asmır. Başqa nə cür deyim ki, əl çəksin kompyuterdən?
Qızım bakalavrı yarımçıq qoyub aile qurmaq istəyir. Deyir, onsuz da işləmək istəmirəm. 2-ci kursu bitirir bu il. Deyirəm, qızım, o qədər əziyyətimizə, tökdüyümüz pula heyfin gəlmir? Məəttələm, deyir, yox!
Bizdə hamı ailəlikcə həkimdir. Amma mən dedim, yoxe, mən mühəndis olacam. Əvvəldə dedilər ki, baxa, çətin olacaq. Gəl, sən ver tibbə, bizim az-çox başımız çıxır, vermədim. İndi də ixtisasla bağlı çətinliyim olanda sual verə biləcəyim, karyeramı necə qurum deyə məsləhətləşəcəyim biri yoxdur. Qrup yoldaşlarım da elə mənim kimi, aktiv deyillər, nə edəcəklərini bilmirlər. Müəllimlərdən də ancaq nəzəriyyəni soruşa bilirəm.
Content 2
Content
Content
Content
Content
Content
Content
Content
Content
Content