İngilis dilində uşaqların belə başa düşəcəyi 10 kitab

İngilis dilində uşaqların belə başa düşəcəyi 10 kitab

İngilis dilində kitab oxumaq bu dili öyrənmək üçün ən effektiv və xoş üsullardan biridir. Bu yolla təkcə dili öyrənmək yox, həm də onu hiss eləmək olar. Düzdür, dili təzə öyrənməyə başlayan üçün ciddi romanları oxumaq asan deyil. Hər səhifəni oxuyanda 10 dəfə lüğətə baxmalı olursan. Ona görə də sadədən – nağıllardan və uşaqlar, yeniyetmələr üçün yazılmış kitablardan başlamaq lazımdır. Onlarda çətin sözlər və ya cümlə quruluşları yoxdur, əvəzində sadə və aydın danışıq dili var. İngilis dilini öyrənməyə təzə başlayanlar üçün 10 maraqlı kitab:

 

«Vinni-Pux» Alan Miln / «Winnie-the-Pooh» A. A. Milne
Alan Aleksandr Milnin şən dostların: Dovşan, Donuz balası, Xristofer Robin və əlbəttə , dünyada hər şeydən çox balı və şeir yazmağı xoşlayan məşhur ayı Vinni-Puxun əhvalatları barədə nağıllar silsiləsi. Gəlin uşaqlığımızı xatırlayaq!

 

 

 

 

 

 

«Narniya Salnamələri» Klayv S.Lyuis / «The Chronicles of Narnia» Clive Staples Lewis
Uşaqlar Narniya adlı sehirli bir ölkəyə düşürlər. Burada heyvanlar danışa bilir, sehir sıradan bir şeydir, yaxşılıq isə pisliklə mübarizə aparır. Lakin qalib gəlmək üçün yaxşılığın köməyə ehtiyacı var.

 

 

 

 

 

 

«Oz’un möcüzələr diyarı » L.Frenk Baum / «The Marvelous Land of Oz» L. Frank Baum
Dəhşətli fırtına Dorotini güclü ifritələrin onu gözlədiyi sehirli bir diyara aparır. Bu böyük silsilənin birinci kitabıdır. Mütləq oxuyun!

 

 

 

 

 

 

«Terabitiyaya aparan körpü» Ketrin Paterson / «Bridge to Terabithia» Katherine Paterson
Kitab 2 uşağın səmimi dostluğundan bəhs edir. Adi, varlı olmayan bir ailədən gələn sıradan bir uşaq olan Cesin həyatına gözlənilmədən qeyri-adi bir qızcığaz girir və onlar biryerdə əfsanəvi bir diyarın hökmdarlarına çevrilirlər.

 

 

 

 

 

 

«Meri Poppins» Pamela Treyvers / «Mary Poppins» Pamela Travers
Uşaqları qayğıya möhtac olan ailələrdə peyda olan möcüzəli dayə, həmçinin sehirbaz barədə fantastik povest-nağıl. Poppins təkcə uşaqlarla dil tapmır, o həm də quşlar, balıqlar və heyvanlarla danışır.

 

 

 

 

 

 

«Uld uzları say» Lois Louri / «Number the Stars» Lois Lowry
2-ci Dünya Müharibəsi… Alman qoşunları Danimarkanı işğal edib. Dinc əhaliyə əl dəymirlər, amma hər küncdə əsgərlər görmək olar. Balaca qızcığaz Ann-Mari ən yaxın rəfiqəsi və onların valideynlərini – yəhudiləri xilas etməlidir. Cəsarət barədə gözəl və oxumağa asan bir kitab.

 

 

 

 

 

 

«Koralin» Nil Geyman / «Coraline» Neil Gaiman
Balaca Koralin atası və anası ilə biryerdə olduqca qəribə sakinləri olan qədim bir evə köçür. Qonaq otağının küncündə böyük bağlı bir qapı tapır, onu açır və özünü görünüşcə onun öz evindən fərqlənməyən bir evdə tapır. Demək olar ki fərqlənməyən…

 

 

 

 

 

 

«Qara Yaraşıqlı» Anna Syuel / «Black Beauty» Anna Sewell
Bir atın hekayəsi onun “öz dili ilə ”. Möhtəşəm qaməti və qətranabənzər rənginə görə ona Qara Yaraşıqlı adını veriblər. Bu kitab mənasına görə yetişkinlərə çox sadə gələ bilər, amma onun köməkliyi ilə dil öyrənmək özü bir zövqdür.

 

 

 

 

 

 

«Aşağı mərtəbədəki div» Diana Cons / «The Ogre Downstairs» Diana Wynne Jones
Balaca Kasper, Conni və Qvenninin anası uşaqlarına div kimi görünən qəddar və kobud Cekə ərə gedir. Amma tezliklə Cek onlara balaca kimyagərlər üçün dəst hədiyyə verir və uşaqlar başa düşürlər ki, uça, yox ola və başqa möcüzələr yarada bilərlər.

 

 

 

 

 

«Şimal Şəfəqi» Filip Pulman / «Northern Lights» Philip Pullman
Kitabın digər bir adı “Qızıl Kompas”dır. Bu kitab siyahıdakı qalan kitablardan bir az daha çətindir, ola bilsin ki, bir neçə dəfə lüğətə baxmalı olasınız. Kitab Oksforddan olan yetim Lira, onun güclü dostluğu və hətta faciəvi ilk sevgisindən bəhs edir.

 

 

 

 

 

 

Mənbə: AdMe.ru

Tərcümə etdi: Fəridə İsmayılova

Leave a Reply

Your email address will not be published.