VALİDEYN VƏ AİLƏ

Hörmətli valideyn!

Uşaqlarınızın təhsilli olması üçün çəkdiyiniz zəhmət Sizin balanızın xoşbəxt gələcəyi üçün verə biləcəyiniz ən böyük töhvədir. Bizim, valideylərin uşaqlarının gələcəyi haqqında arzuları tükənməzdir. Övladımızın ilk dəfə yeriməsindən, ana deməsindən başlayan qürurumuzu onun məktəbdə əla qiymətlər alması, universitetə daxil olması, işləməsi, ailə qurması, övlad dünyaya gətirib bizi nənə və baba etməsi ilə davam etməsini hamımız arzu edirik. Daim istəyirik ki, övladımız həyatının hər addımında xoşbəxt olsun və biz də onlara baxıb sevinək.

Daima təhsilə həvəs göstərən oğul və qızlarımız həyatlarında daima uğur qazanır, xoşbəxt olurlar. Təhsil övladımıza:

  • Zəhmət çəkməyə;
  • Sizin çəkdiyiniz zəhmətin dəyərini bilməyə;
  • Gələcəkdə özünü və ailəsini təmin edəcək iş tapmağa;
  • Məntiqli düşüncə qabiliyətinə sahib olub, problemlərdən və pis vərdişlərdən uzaqlaşmağa;
  • Təhsilli, düzgün insanlarla əhatə olunmağa köməklik edəcək.

Bu saytda Siz gələcəyimiz olan uşaqlar üçün fərqli yaşlarda onların təhsilə yönəldilməsi üçün nələr edə biləcəyinizlə tanış olacaqsınız.

Ailə münaqişəsi necə həll olunmalıdır?
Uşaqların tərbiyəsində valideynlərin əsas səhvləri hansılardır?
Əsas ailə böhranları: onlar haçan baş verir?
Ailədə qadına verilən dəyər